Əxlaqsız qadınlar gündüz vaxtı hərəkətə keçdi – Meydanlarda nömrə payladılar – VİDEO
05.03.2020 10:44Türkiyədə küçədə əxlaqsız məqsədlər üçün telefon nömrələrini paylayan qadınların videogörüntüləri yayılıb.
Об этом сообщает Руспрес
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Samsun şəhərində gündüz vaxtı küçədə əxlaqsız qadınlar öz nömrələrini insanlara paylayıb. Daha əvvəl mərkəzdəki parkların birində bu işlə məşğul olan xanımlar görülən tədbirlərdən sonra boş dayanmayaraq insanların ən sıx olduğu yerlərdə bu işi həyata keçirməyə davam ediblər.
Onlar kiçik kağızlara yazdıqları nömrələri meydanlarda, banklarda oturan insanlara yaxınlaşaraq paylayırlar. Bəzi vətəndaşları bu hərəkətlər narahat etsə də, bəziləri bu qadınlarla söhbətə maraqlıdırlar.
Polis tərəfindən dəfələrlə saxlanılmalarına baxmayaraq bu qadınlar yenə də pul qarşılığında əxlaqsızlıq edir və başqalarını da bu işə sövq etməkdən çəkinmirlər.
A24.Az telefonla çəkilən həmin görüntüləri təqdim edir:

