Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Əxlaqsızlıq əməliyyatında ələ keçirilənlər polisləri təəccübləndirdi – Yenə azərbaycanlılar var

05.03.2020 10:44

Zonquldakın 3 bölgəsində həyata keçirilən əxlaqsızlıqla mübarizə əməliyyatı zamanı 4-ü əcnəbi olmaqla 13 nəfər saxlanılıb.

Об этом сообщает Руспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, polis gündəlik evlərin kirayələndiyi xəbərini alıb.

Təqribən 2 ay davam edən texniki və fiziki  izlənmədən sonra Zonquldak, Bartın və Karabükün 15 ünvanında əməliyyat həyata keçirilib. Əməliyyat əsnasında Azərbaycan əsilli J.T, G.O. və I.A, Qırğızıstandan G.A. ilə Sezai Ö, Erdal A, Nurhan K, Kenan A, Semih A, Cengizhan K, Sebahattin C, Şahin A. və Sadi Ö. Nəzarət altına alınıb.

Əməliyyat zamanı şübhəlilərdən Erdal A, Nurhan K. və Kenan A-nın taksi ilə qaçmağa çalışıb.

Digər tərəfdən nəzarət altına alınan Nurhan K-nın evində aparılan araşdırma zamanı əxlaqsızlıq məqsədi ilə istifadə edildiyi nəzərdə tutulan çoxlu sayda SİM kart və telefon, cinsi münasibət zamanı nəzərdə tutulan həblər və əxlaqsızlıqla əlaqədar hesabların qeyd edildiyi 2 dəftər ələ keçirilib.

Firuzə Alimova / MTM