Əxlaqsızlıq yuvlarına basqın – Aralarında Azərbaycanlının da olduğu 11 qadın saxlanıldı
05.03.2020 10:44Türkiyənin İstanbul şəhərində yerləşən Silivridə polislərin keçirdikləri əməliyyat zamanı əxlaqsızlıqla məşğul olan 11 əcnəbi qadın saxlanılıb.
Об этом сообщает Руспрес
“A24.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, polis Silivrinin Gümüşyaka, Değirmenköy və Fevzipaşa məhəllərindəki otel, kafe və restoranlarda əcnəbi qadınların əxlaqsızlığa məcbur edildiyi barədə xəbər alıb. Polis qüvvələri gələn xəbərlə bağlı 2 musiqi mərkəzində, 2 oteldə, bir kafe və bir restoranda eyni zamanda əməliyyat keçirib. Əməliyyat zamanı polis 4-ü Özbəkistan vətəndaşı, 2-si misirli, 2-si gürcüstanlı, 2-si ukraynalı və biri azərbaycanlı olmaqla 11 qadını nəzarət altına alıb.
Sözügedən məkanlarda şəxsiyyət vəsiqələri olmadan işlədiklərini bildirən Suriya əsilli iki nəfəri də nəzarətə alan polislər apardıqları araşdırma zamanı çoxlu sayda saxta içki aşkarlayıb. Daha sonra xəstəxanada müayinədən keçirilən əcnəbi qadınların bəzilərində Hepatit C və AİDS kimi keçici xəstəliklər aşkarlanıb. Qadınların ölkədən deportasiya edilmələri üçün onlar Silivri Geri Göndərmə Mərkəzinə aparılıb.
Əməliyyatların keçirildiyi məkanların sahibləri haqqında isə “əxlaqsızlığa məcbur etmə” və “cinsi istismar” maddələri ilə cinayət işi açılıb.

