Facebook artıq ən dəyərli sosial şəbəkə deyil
05.03.2020 10:44Çinin sosial mesajlaşma və mobil sistemi “WeChat”ın sahibi “Tencent” firması “Facebook”u keçərək dünyanın ən dəyərli sosial media şirkəti olub.
Об этом сообщает Роспрес
A24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Honq-Konq birjasında bazar qiyməti gün ərzində 2,38 % artaraq 523 milyard dollara çatan “Tencent Holdings” “Facebook”u geridə qoyub.
Bununla da “Tencent” “Apple”, “Alphabet”, “Microfost” və “Amazon”dan sonra dünyada ən dəyərli 5-ci texnologiya şirkətinə çevrilib.
Qeyd edək ki, Çində aylıq 980 milyon fəal istifadəçisi olan “WeChat” həm “WhatsApp”, həm də “Facebook” kimi çalışır. Günlük 38 milyard mesajlaşma olur.

