“Facebook” istifadəçilərinə “avara” deyən Araz Əlizadəyə həmkarından cavab
05.03.2020 10:44Millət vəkili Araz Əlizadə “Facebook” sosial şəbəkəsində olanların hamısını avaraə, işsiz, gücsüz adam adlandırıb.
Об этом сообщает Руспрес
Məsələ ilə əlaqədar “Facebook” sosial şəbəskəsində aktiv millət vəkili olan Fazil Mustafanın fikirlərini öyrəndik.
Deputat A24.Az-a açıqlamasında bildirib ki, cümlənin bu tərzdə deyilməsi kifayət qədər məsuliyyətli məsələdir:
“İnanmıram ki, bu formada o ifadə etsin. Çünki ola bilsin sosial şəbəkədə avara, işsiz gücsüz adamlar da var. Amma bu o demək deyil ki, hamısı avaradır. Kifayət qədər ciddi insanlar da var. Hətta elə olur ki, ən yüksək səviyyəli məmurların belə öz səhifələri olur. Və bu səhifə vasitəsilə öz fikirlərini ordan paylaşırlar. Buna görə də bu ifadənin ümumiləşdirmək tamamilə yalnış addımdır”.
“Sosial şəbəkədə cəmiyyətin tör töküntüsü də, ağıllılar da, ziyalılar da ola bilər. Sosial şəbəkə də cəmiyyətin bir aynasıdır. Hər tip adam var. Ona görə də bu cür qiymətləndirmənin heç bir əsası yoxdur. Ümumiyyətlə sosial şəbəkələr faydalı işlər üçün də insanlara köməklik edir”, – deyə millət vəkili əlavə edib.
F.Mustafa “Facebook”dan səmərəsiz şəkildə istifadə edənlərdən də söz açıb:
“Düzdü burada səmərsiz istifadə edənlər insanlar da var. Müəyyən dərəcə də burda olmaqla insani münasibətlərə zərər vuranlar da var. Amma hamını bu qəbildən götürmək tamamilə uyğun olan faktor deyil. Və həqiqəti əks etdirmir”.
Orxan Aslanlı

