Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Facebook” pulumuzu alır və bizi reklam edir – Bəs, ölkəmizə vergi ödəyir?

05.03.2020 10:44

Həyatımızın bir hissəsinə çevrilən sosial şəbəkələrdən biri “Facebook” bu gün qazancı ilə də dünyada öndə gedir. Səhifəsinə yerləşdirilən reklamlardan külli miqdarda qazanc əldə edən şirkətin nüfuzundan Azərbaycanda da istifadə edilir. Ölkəmizdə bir çox medialar, firmalar, şirkətlər, hətta dövlət qurumları özlərinin tanınması üçün feysbukda səhifəsini yaradır, daha sonra bəzi yeniliklərlə bağlı pullu reklamlar yerləşdirir. Odur ki, sosial şəbəkənin qazancını məhz reklamlardan əldə etdiyini desək yanılmarıq. Çünki 2004-cü ilin fevral ayında ABŞ-da yaradılan sosial şəbəkə qazancını ilk gündən məhz reklamlardan əldə edir.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, ötən il “Facebook” sosial şəbəkəsinin bir il üçün dövlətlərə ödədiyi verginin miqdarı rəsmi olaraq açıqlanıb. Açıqlanan vergi rəqəmi isə, olduqca təəccüb doğurub. Bildiyimiz kimi reklam yerləşdirən firmalar nə qədər böyük olsa, verəcəyi verginin miqdarı da təbii ki, bir o qədər böyük olmalıdır. Lakin “Facebook” bu məntiqlə hərəkət etmirmiş. Belə ki, gün ərzində ən çox istifadə etdiyimiz “Facebook”, “WhatsApp” və “Instagram” kimi sosial şəbəkələrinin tək sahibi olan “Facebook” şirkəti, orta statistik bir şirkət dəyərində vergi ödəməkdədir. Açıqlamalara görə, “Facebook” sosial şəbəsi sadəcə 6 ölkəyə cəmi 210 min dollar illik vergi verməkdədir. Qalan ölkələrdə isə, mərkəzi ofisinin olmadığına görə, vergi ödəməyən “Facebook” sosial şəbəkəsi, 3 milyard şəxsi dövlət büdcəsi və 30 milyarda yaxın şirkət dəyəri olan bir şirkətin aylıq sadəcə 210 min dollar pul ödəməsi, olduqca aşağı bir rəqəm olaraq dəyərləndirilməkdədir.

Bəs, görəsən, 2008-ci ildə Azərbaycan dilinə tərcümə edilən “facebook”a ölkəmizdə qoyulan reklamlardan nə qədər vergi tutulur? Əlbəttə ki, sualımıza daha dolğun və dəqiq cavab almaq üçün Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədova müraciət etdik. O bildirdi ki, Azərbaycanda “facebook” kimi digər sosial şəbəkələrdən 18 faiz vergi tutulur:

“ “Facebook” və digər sosial şəbəkələrdəki statuslarda reklam yerləşdirilməsinə görə xaricə ödənilən vəsaitlər vergiyə cəlb edilir. Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan şəxslər elektron ticarət qaydasında iş və xidmət, o cümlədən reklam xidməti alarkən ödədikləri vəsaitə banklar tərəfindən ƏDV (18%) hesablanır. Vergi orqanlarında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı apardıqları belə əməliyyatlar tərəflər arasında bağlanmış müqavilələrlə tənzimlənir və qeyri-rezidentə ödənilən müqavilə dəyərindən ƏDV-nin (18%) və ödəmə mənbəyində tutulan verginin (10%) hesablanması həmin şəxslərin öhdəliklərinə aid edilir. Vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyətləri ilə bağlı olmayan (şəxsi) iş və xidmətlərin alınması zamanı ƏDV-nin hesablanması və dövlət büdcəsinə ödənilməsi də banklar tərəfindən həyata keçirilir”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə ölkəmizdə istifadə edilən sosial şəbəkələrdən verginin tutulmasını düzgün hesab etmir. O, bunu ölkəmizin balaca olması və həmin sosial şəbəkələrin bizim ölkəyə ehtiyacının olmaması ilə əlaqələndirdi.

“Bu cür qlobal şirkətlər ki var, məsələn, “Google”, “Facebook”, “Apple”ın Azərbaycanda ofisi olmalıdır. Tutaq ki, “Microsoft”un, “Lenovo”nun Azərbaycanda ofisi var. Lakin elə şirkətlər var ki, onların Azərbaycanda ofisi yoxdur. Hətta son dövrlər bəzi ölkələrdə bununla bağlı problemlər də çıxıb. Düşünürəm ki, hökumətin birbaşa feysbukun üzərinə getməyi, vergi tələb etməyi, şərtlər irəli sürməyi bu, düzgün yol olmazdı. İkincisi ondan ibarətdir ki, onlarla əməkdaşlıq edilməli, görüşlər keçirilməli, Azərbaycana dəvət edilməlidirlər. Çünki reallıq ondan ibarətdir ki, biz balaca ölkəyik, bizim “Facebook”a, “Google”a, “Apple”a ehtiyacımız var, nəinki onların bizə… Yəni biznes-bazar baxımından Azərbaycan hədsiz dərəcədə balaca bir ölkədir. Əgər onlara qarşı hər hansı bir məhdudlaşdırıcı qadağa olsa, onlar sadəcə burdan çəkilib gedərlər. Çünki bizdən gələn gəlirin onlar üçün hər hansı bir təsiri yoxdur. Ona görə də bizim onlara ehtiyacımız olduğu üçün Azərbaycanın milli, strateji və informasiya maraqları baxımından bu cür qurumlara ehtiyacımız var. Ona görə də əməkdaşlıq həddi götürülməsi, bu qurumların Azərbaycanda ofislərinin, nümayəndəliklərinin açılmasına çalışılması düzgün olardı. Ondan sonra vergi məsələləri kimi digər məsələləri də həll etmək asandır”.

Firuzə Alimova, A24.az