Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Facebook” yeni mütəxəssislər axtarır

05.03.2020 10:44

Yaxın gələcəkdə “Facebook” fikirlərin oxunması kimi yenilik tətbiq edəcək. 

Об этом сообщает Футляр от виолончели

Saytımızın məlumatına görə, “fins.az” xəbər verir ki, bu işlərin reallaşdırılması üçün ötən il yaradılan araşdırma şirkəti “Building 8” yeni vakansiyasını açıqlayıb.

Belə ki, yeni vakansiya gələcəyin əlaqə platforması üzərində qurulub. Vakansiyalar neyrovizalizasiya və elektrofiziologiya texnologiyası sahəsində peşəkarlıq tələb edir.

Həmçinin, şirkət interfeys mühəndisi və mikrobioloq vakansiyalarına işçi qəbulu elan edib. Bundan başqa, alqoritm və audio siqnallar vasitəsilə işləyə bilən mütəxəssislərə ehtiyac olduğu bildirilir. Ümumilikdə, fikirləri oxuya bilən sistemin yaradılmasına 2 il sərf ediləcəyi güman olunur.
Məsələ ilə bağlı “Facebook” rəsmiləri hər hansı fikir söyləməkdən imtina ediblər.

Qeyd edək ki, hələ 2015-ci ildə Mark Zukerberq “vaxt gələcək biz fikirlərimizi birbaşa bir-birimizə texnologiya vasitəsilə ötürəcəyik” cümləsini işlədib.