“Facebook”da yeniliklər davam edir: GIF dövrü başlayır
05.03.2020 10:45“Facebook” almış olduğu qərar ilə birlikdə şərhlərin altına artıq GIF əlavə etmə dövrünü başladır.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, son zamanlar təqdim etdiyi yeniliklərlə gündəmdən düşməyən “Facebook” hər kəs tərəfindən sevilən GIF özəlliyini şərhlərə əlavə etmək üçün sınaq müddətinə başlayıb.
“Facebook” verdiyi açıqlamada, artıq bundan sonra şəhrlərdə hərəkətli GIF-lər paylaşıla bilinəcək. Artıq bir çox istifadəçinin istəyi ilə sınaq müddətinə başlanılıb. “Facebook” yaxın zaman ərzində istəkləri nəzərə alaraq, bu özəlliyi müəyyən yerlərdə istifadəçilərin xidmətinə verəcək.
Mesajlarda emojilərlə cavab…
“Facebook Messenger”ə “Reactions” dəstəyi də əlavə edilir. “Facebook”un yayımladığı xəbərə görə, “Reactions”, yəni “Reaksiyalar” dəstəyi bu gündən etibarən istifadə edilməyə başlanacaq.

