“Facebook”dan qalmaqallı YENİLİK – Bütün şəxsi mesajlar oxunacaq
05.03.2020 10:45“Facebook” şəxsi həyatın gizliliyi mövzusunda müzakirələrə səbəb olacaq bir addım atıb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, “Facebook”un qurucusu Mark Zukerberq verdiyi açıqlamada şəxsi mesajları oxuyacaq bir süni zəka üzərində işləyəcəyini söyləyib. Süni zəkanın şəxsi mesajları oxumasının səbəbi isə həmin şəxsin maraq dairəsini müəyyən edib, reklam işlərini də bunu nəzərə alaraq ediləcəyini bildirilib. Lakin yenə də bu vəziyyət beyinləri qarışdırıb. “Facebook” mesajlarının oxunması istifadəçilərin beynində sual işarəsi yaradıb.
Belə ki, istifadəçilər oxunacaq mesajların süni zəka vasitəsi ilə başqalarının də əlinə keçəcəyindən narahatdır. Şəxsi həyatın gizliliyi üçün narahat olan insanların bu yeniliklə bağlı reaksiyasına “Facebook” hələ bir reaksiya verməyib.

