Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Facebook”unuzun oğurlandığını necə bilmək olar?

05.03.2020 10:45

Hakerlərə özgənin Facebook səhifəsi müxtəlif səbəblərə görə lazımdır.
A24.Az xəbər verir ki, Facebook vasitəsilə avtomatik giriş hakerlərə bir çox başqa saytlara da giriş haqqını verir. Spammerlər sizin hesabınızdan abunəçilərinizi spam etmək üçün istifadə edirlər.
Bundan başqa, hesabınız cinayətkarlara haqqınızda bir çox şəxsi məlumat verir. Cinayətkar bunlardan  ziyan vurmaq üçün istifadə edə bilər.
Əgər siz hesabınızın sınmasından şübhələnirsinizsə, bunu yoxlamğın sadə üsulu var.
Facebook  səhifəsinin yuxarı sağ küncündə oxa klikləyin və menyuda “Qurmalar ” bəndini seçin.
Sonra “Təhlükəsizlik” bəndinə keçin və “giriş yeriniz” bəndini seçin.
Siz Facebook-a daxil olduğunuz bütün qurğuların siyahısını və yeri görəcəksiniz,. Əgər siz hansısa bir şübhəli girişi qeyd etsəniz, deməli sizin profil sındırılıb. Bu zaman sağda “hərəkəti bitirməyə” basın. Haker müvəqqəti olaraq hesabdan atılacaq. Dərhal parolu dəyişın.
Pofilinizin sındırıldığının başqa sübutları:
Ad, doğum tarixi, elektron ünvan və ya parol dəyişdirilib.
Kimsə tanımadığınız insanlara dostluq sorğuları göndərir.
Sizin hesabınızdan  tanımadığınız insanlara mesajlar göndərilib.
Sizin xronikanızda  paylaşmadığınız postlar meydana çıxır.Demək profiliniz sındırılıb.
Belə olduqda nə etmək lazımdır?
Siz “çıxış”ı basan kimi, öz parolunuzu dəyişdirin.
Sonra Facebook-un rəsmil səhifəsinə kömək üçün müraciət edin — orada xaker hücumundan zərər çəkmişlər üçün xüsusi dəstək sistemi var.

Об этом сообщает Роспрес