Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Faiq Ağayevdən “AMK” qalmaqalı

05.03.2020 10:45

Xalq artisti Faiq Ağayevin sosial şəbəkədə paylaşdığı status qalmaqala səbəb olub.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, o, türk dilində söyüş mənasında işlədilən “AMK” sözünün əslində “Azərbaycan Milli Konservatoriyası”nın adının qısaldılmış forması olduğunu bildirib.

İfaçı paylaşdığı statusu ilə bağlı yazılan fikirlərə münasibət bildirib:

“Həyatda ən zəhləm gedən şey küfür və söyüşdür. İstər həyatda, istərsə də sosial şəbəkələrdə istifadə etməyi heç sevmirəm. Bu statusumla sosial mediada geniş yayılan “amk” ifadəsini aradan götürmək üçün insanları başqa yerə yönləndirmək istəyirdim.

Qeyd edək ki, Faiq Ağayev daha sonra Həsən bəy Zərdabinin şəklini paylaşaraq bəzi jurnalistlərə ismarıc göndərib. Onu da qeyd edək ki, bu anlaşılmazlığa səbəb xalq artistinin “Məsələn, gələn dəfə “amk” yazanda, bilin ki, bu “Azərbaycan Milli Konservatoriyası” da deməkdir” statusu olmuşdu.