Farslar yenə həddi aşdı: Azərbaycan bayrağı tərs asılıb, Türkiyə bayrağı bayraqlar arasından qaldırılıb
05.03.2020 10:45Urmiyə “Beynalxalq Güllər bağında” hər il 100 ölkənin bayrağı dalğalandırılır. Lakin Azərbaycan bayrağına qarşı fars rejimi tərəfindən dəfələr edilən hörmətsizlik bu dəfə də təkrarlanıb. Belə ki, 28 May Respublika Günü ərəfəsində Azərbaycan bayrağı tərs asılıb. Türkiyə bayrağı isə bayraqlar arasından qaldırılıb.
Об этом сообщает Руспрес
Saytımız bildirir ki, Azərbaycan bayrağının tərs asıldığını görən Güney Azərbaycan fəalları Urmiyə Bələdiyyəsinə etirazlarını bildiriblər. Lakin bələdiyyə rəsmiləri etiraz edən Azərbaycan Türklərini iğtişaş yaratmaqda ittiham edib.
Urmiyə əhalisinin iki gündür davam edən etirazlarına baxmayaraq, hələ də Azərbaycan bayrağı düzgün qaydada asılmayıb.
Qeyd edək ki, İran hakimiyyəti müxtəlif bexynəlxalq tədbirlərdə, Azərbaycan rəsmilərinin bu ölkəyə səfərləri zamanı dəfələrlə Azərbaycan bayrağını tərs asıblar. Fars millətçiləri bu addımları ilə Azərbaycanın müstəqilliyini ələ saldıqlarını zənn edirlər.
oguztv.com

