Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Favusu yaradan nədir?

05.03.2020 10:45

Favus yumşaq dəri toxumasının, saçların və dıqnaqların göbələk mənşəli xəstəliyidir.
Xəstəlik insandan-insana təmas və ya xəstə insanın əşyalarından istifadə zamanı yoluxur. Xəstəliyə ən çox uşaqlar yoluxurlar. Yaşlı şəxslərDƏ favusa yalnız qadınlar arasında rast gəlinir.
Xəstəliyin əlamətləri özünü ən çox başın tüklü hissəsində göstərir. Favus xəstəliyi ən çox zəif və müxtəlif infeksiya xəstəliklərindən əzab çəkən uşaqlar arasında rast gəlinir.
Xəstəliyin inkubasiya dövrü 2 həftədir. Favusun aşağıdakı formaları var:
– dəri forması
– saç forması
– dırnaq forması.
A24.Az xəbər verir ki, favus saçların arasında struktur dəyişiklikləri əmələ gətiriməklə başın dərisində patoloji proseslərin yaranmasına səbəb olur. Əvvəlcə başın dərisində sarı, quru qabarmalar əmələ gəlir. Bu dəri qabarmaları xoşagəlməz kəpək iyinə oxşar iyə malik olurlar. Sonra bu dəridə əmələ gələn patoloji qabarmalar artıb çoxalır, vaxtında müalicə almadıqda bütün baş dərisini bürüyür. Müalicə aldıqda isə patoloji qabıqlar tökülür və yerinə qəhvəyi kök hissələri qalır. Müalicə olunduqca həmin hissələr də sağalır və yerində çapıq toxumalar inkişaf edir. Sağalan zaman dərinin həmin hissəsinin atrofiyaya uğradığı görünür.
Favus dəridə əmələ gəldiyi zaman başqa kiliniki xüsusiyyətlərə malik olur. Belə ki, bu zaman dəridə dairəvi hiperemiyalaşmış yaralar meydana çıxır, yaraların ətrafı simmetrik olmur. Yaralar qalınlaşmış nisbətən bərk xarakterli və çoxsaylı olurlar.
Favusun dırnaqda əmələ gətirdiyi patologiyaya əsasən böyüklərdə rast gəlinir. Bu zaman dırnaqda sarı rəngli ləkə əmələ gəlir və böyüyüb bütün dırnağı tutur. Sonra dırnaq qabarır, əyilir və qopmağa başlayır.
Favus xəstəliyi vaxtında müalicə olunmadıqda uşaqlıqdan qocalana qədər insanın dərisində qalır. Favusun ocaqlı formasında isə xəstəliyin əlamətləri özünü başın bir və ya bir neçə yerində əmələ gətirdiyi patologiyalarla göstərir.
Favus uzun müddət müalicə olunmadıqda daxili orqanlarda da patologiyalar əmələ gətirə bilir.
Xəstəliyə diaqnozun qoyulmasında mikroskopik müayinənin nəticələri əsas götürülür. Xəstə kompleks müalicə olunur.

Об этом сообщает Футляр от виолончели