Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fazil Mustafa: “Gündüzlərimiz gecə olmayacaq!”

05.03.2020 10:45

Azərbaycanın millət vəkili Fazil Mustafa Bakıdan dəvət olunan “Müntəzir” teatr qrupu tərəfindən Gürcüstanda səhnələşdirilən “Gündüzlər gecə olardı” adlı şəbih tamaşası haqda fikirlərini feysbuk səhifəsində paylaşıb. Yazısında millət vəkili Gürcüstandakı soydaşlarımızla bağlı narahatlığını ifadə edib.

Об этом сообщает Футляр от виолончели

Saytımız Fazil Mustafanın sosial şəbəkədə paylaşdığı yazısını təqdim edir:

GÜNDÜZLƏRİMİZ GECƏ OLMAYACAQ!

Haradadır Azərbaycan davasının sahibi kimi özünü aparan sosial şəbəkə niqabı altında gizlənən saxta cəbhəçi sürüsü? Haradadır yalançı tarix nağıllarını şüara çevirən cahillər yığnağı Milliyətçi Gənclər təşkilatı… Haradadır əslən Gürcüstandakı soydaşlarımızın gələcəyini düşünən aydınlarımız? Ən nəhayət, haradadır Azərbaycan dövlətinin bu işlərlə bağlı büdcədən maaş alan, pul silən qurum və məmurları?

Mən tədbirin dini cəhalət tərəfinə qarışmıram. Kiminsə inancının, ibadətinin yanlışınızı- doğrunuzu Allah bilər. Ancaq 21-ci əsrdə Gürcüstanda olub-qalan soydaşlarımızın gələcək faciəsinin izlərini, işartılarını gördüyümə, sezdiyimə görə səsimi qaldırıram. Bu insanlar buraya insan haqlarının qorunması, seçkilərdə mobil şəkildə iştirak edərək Gürcüstanda söz sahibi olmaq uğrunda mübarizə proqramını müzakirə etməyə yığışmayıblar. Heç bu il keçiriləcək möhtəşəm Elat Bayramına dəstək vermək üçün də bir müzakirə aparmırlar. 19-cu, 20-ci əsrdə olduğu kimi İslam tarixinin bəzi epizodlarını şebih formasında səhnələşdirərək ağlamağa, zarımağa yığışıblar. Və ən maraqlısı da tədbirin seçilmiş adıdır: “Gündüzlər gecə olaydı”. Bakıdan da İran Mədəniyyət nazirliyinin xətti ilə Azərbaycan dövlətində şad-xürrəm fəaliyyət göstərən bir şebih qrupu gəlib ki, onsuz da təhsildən əsasən uzaq düşmüş soydaşlarımızı dini cəhalətini, xürafatıni daha da artırsın. Yəni modern təhsilə aid dərs kitabları paylamağa gəlməyiblər. Niyyətə, ideyaya, seçilmişə baxın: Gündüzlər Gecə olaydı… Gürcüstana nə qədər ülvi arzular gətiriblər. Bu gedişlə, bu susqunluqla həqiqətən gündüzləriniz gecəyə dönəcək, cənab azərbaycanlılar! Bu təkcə Gürcüstanda olmayacaq, addım-addım hər bir soydaşımızın yaşadığı məkanda olacaqdır. Qaranlıqdan Aydınlığa çıxmaq istəməyən bir toplumun Gündüzünü Gecəyə çevirməkdən asan nə ola bilər?

Bu yazıdan sonra cənubdan, şimaldan üzərimizə tökülüşəcək itləri Allahın köməyi ilə özüm susduracağam, qurdlardan isə tək bir xahişim olacaq: gündüzümüzü gecəyə çevirməsinlər deyə, heç olmazsa gözəl səsləri ilə Türk ulusunu uyumağa qoymasınlar…