Fazil Mustafa Sərdar Cəlaloğlunu ifşa etdi – AÇIQLAMA
05.03.2020 10:45Millət vəkili Fazil Mustafa ilə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu arasındakı polemika getdikcə dərinləşir. Görünən odur ki, millət vəkili Fazil Mustafa bu polemikada üstün tərəfdir. Belə ki, fazil Mustafanın iradlarından sonra Sərdar Cəlaloğlu müəyyən fikirlərini dəyişməyə məcbur olub. A24.Az xəbər verir ki, Bu barədə millək vəkili facebook profilində ətraflı açıqlama verib:
Об этом сообщает Роспрес
Sərdar Cəlaloğlunu 6 gün öncə yeniçağ.az saytına verdiyi müsahibədə: “Mən Quranın elmini, fəlsəfəsini, sosiologiyasını yazıram. Biz Quranı necə başa düşməliyik? Mollanın başa düşdüyü kimi baxanda, Quran nağıldan başqa bir şey deyil. Amma dərinliyinə varanda orada böyük bilgilər var.” cümləsinə diqqət yetirin. Ardınca da 17.02.2017-ci ildəki teleqraf.com saytındakı son müsahibəsindəki sözünə baxın: “Əvvəla, mən deməmişəm ki, Quranın elmini yazıram. Əksinə, Quran insanlara elm öyrədir. Yəni Quran insanları tərbiyə edən və öyrədən ilahi kitabdır. Ona görə də mənim “Quranın elmini yazıram” deməm Allaha şərik qoşmağım olardı. Demişəm ki, Quranın ayələrini elmi və fəlsəfi fikirlərlə izah etməyə çalışacağam.”
İnanın ki, işim-gücüm başımdan aşır. Di gəl ki, ölkədə harada bir nadürüst varsa, dönüb mənə dürüstlük dərsi keçməyə başlayır. Əlimi dolayan kimi, gördünüzmü 6 gün öncə söylədiyi fikirləri necə inkar etdi? Bunu bəzən cəmiyyətimiz üçün edirəm ki, az-çox tanıyasınız sizi aldadanları. Yoxsa Sərdar Cəlaloğlu adında həqiqətən hansısa problemim yoxdur. Hətta mənim deputat mandatıma şübhəli yanaşmasına da dönüb demərəm ki, məhz o mandatı əldə etmək üçün hansı oyunlara baş vurub. Mənimlə debatdan dəm vurur, bir neçə dəfə siyasi debatlarda da deyəsən unudub ki, aşının suyunu necə vermişəm. Nəzərdə tutduğu tarixi mövzularda da əks tərəfi təmsil edən bütün mütəxəssislərlə də hansı səviyyədə öz mövqeyimi müzakirələrdə isbatladığımı youtubedən rahatca izləyə bilərsiniz. Mən yaradıcı adamlara həqiqətən sayğı duyuram, dəstək verirəm, o cümlədən də Sərdar Cəlaloğlunun da çalışmalarına həmişə müsbət yanaşmışam, araşdırmaçı hırsını yüksək qiymətləndirirəm. Başını aşağı salıb tədqiqatlarını aparsın, əsərlərini oxuyub insanlar faydalansınlar, sadəcə istəyim budur ki, bu milləti aldatma vərdişini tərk etsin.