Fədayə Laçının apelyasiya vaxtı bəlli olub
05.03.2020 10:45Fədayə Laçının Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılacaq vaxt məlum olub.
Об этом сообщает Футляр от виолончели
A24.az Trend-ə istinadən məlumat verir. F.Laçının vəkili Türkel Süleymanlı bildirib ki, apelyasiya şikayətinə dekabrın 21-də baxılacaq. Məhkəmə prosesinə hakim Rizvan Səfərov sədrlik edəcək.
Xanım müğənninin özünün də prosesdə iştirakı gözlənilir.
Qeyd edək ki, oktyabrın 23-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

