Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fədayə və “Qoca”nın ən son fotosu yayıldı

05.03.2020 10:46

Bu il oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun müğənni Fədayə Laçınla daha bir fotosu üzə çıxıb.
A24.Az  yenicag.az-a istinadən təqdim etdiyi foto “Qoca” ləqəbli kriminal avtoritetin həbs olunmamışdan öncəki tarixə təsadüf edir.
Qeyd edək ki, Etibar Məmmədov Bakıda hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat zamanı əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbiri zamanı zərərsizləşdirilib. Ona həbsdən qaçmağa yardım edən Fədayə Laçın isə həbs olunub.
Qeyd edək ki, cütlük sevgi münasibətində olublar. Sonradan məlum olub ki, “Qoca” evli imiş.
 

Об этом сообщает Роспрес