Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fələstin və Qəzzanı dəstəkləyən dünyaca məşhur şirkət

05.03.2020 10:46

“Coca-Cola” şirkəti Fələstindəki ictimai inkişafla bağlı bir sıra problemlərin həll olunmasında ortaq olub.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, sağlamlıq, təhsil, ətraf aləm və idmana qədər uzanan geniş bir sahədə işlər görən “Coca-Cola” sosial və ətraf aləm layihəsi ilə Fələstində diqqət çəkməyə başlayıb.

Qəzzadakı fabriki ilə 120 nəfərə məşğulluq imkanı yaratdı…

Ötən il fəaliyyətə başlayan Qəzzadakı fabriki ilə birlikdə 120 nəfəri işlə təmin edən “Coca-Cola”nın Fələstində təşkil etdiyi işçilərin sayı artıq 630-a çatıb.

“Coca-Cola” məhsullarının Fələstində qablaşdırılması və paylanmasını həyata keçirən “National Beverage Company”nin (NBC) fələstinli olan müdiri İmad Hindi “Sərmayələrimizə ara vermədən davam edirik. Yeni sərmayələrimizlə birlikdə, işçilərimizin sayı 630 nəfərə çatıb”, deyə qeyd edib.

Sosial məsuliyyətli layihələr…

Ramallahda mətbuat nümayəndələri ilə görüşən İmad Hindi “NBC olaraq qoyduğumuz sərmayələrlə Fələstin iqtisadiyyatının inkişafına dəstək olduğumuz halda, sağlamlıqdan, təhsilə, ətraf mühifə və idmana qədər uzanan geniş bir sahədə ictimai inkişafa zəmin yaradan sosial məsuliyyətli layihələr gerçəkləşdiririk” deyib.

1998-ci ildə 47 nəfər idik…

“Ramallah, Tulkarim, Jericho və Qəzzada daxil olmaqla 4 fabrikimizdə istehsal həyata keçirirdik. 1998-ci ildə yarandığımız zaman 47 nəfər idik, bu gün isə 630 nəfərə çatan rəqəmlərdən danışırıq. İşçilərimiz üçün təmin etdiyimiz imkanlar və təhsil sayəsində işdən çıxanlarımızın sayı çox aşağıdır. İlk yarandığımız zaman bizimlə işləməyə başlayan qrup üzvləri hələ də bizimlə çalışmaqda davam edir. “Coca-Cola” Fələstinə sərmayə qoyan ilk və ən böyük qlobal şirkətdir. Hazırda Fələstində ən böyük 3-cü işverən və ən böyük 5-ci sərmayə qoyan şirkət halındayıq, sərmayələrimizə isə davam edirik”.

Fələstinli qadın və uşaqlar üçün…

“Coca-Cola” fələstinli qadın və uşaqlar üçün 11 dövlət xəstəxanasında kitabxana, əyləncə və kompüterlə təmin edir.

42 fərqli kənddə 42 məktəbə kompüter laboratoriyası qurulub, həmin məktəblərdə kompüter və internetin çıxışı təmin edilib.

Fələstinli uşaqların təhsil almaları üçün məktəblər başlar-başlamaz minlərlə şagirdə məktəb çantası və məktəb ləvazimatları verilir.

Bundan başqa hər il Ramazan ayında Qəzzanın, Qərbi Şərianın mərkəzində yetimlər üçün iftar süfrələri qurulur.