Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fələstində Osmanlı dövründə çap olunan Qurani-Kərim tapıldı

05.03.2020 10:46

Fələstində yerləşən məsciddən Sultan II Abdülhəmid xanın dövründə çap olunan Qurani-Kərim kitabıbıb aşkar edildiyi bildirilib.

Об этом сообщает Роспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Osmanlıların ən çox yerləşdiyi coğrafiyalardan biri olan Fələstində osmanlı izləri hələ də görülməkdədir.

Fələstində yerləşən bir məsciddə Sultan II Abdülhəmid Xanın dövründə Osmanlı mətbəəsində çapdan çıxan Qurani-Kərimin olduğu təsbit edilib.

Kitabı Tarixi Fələstin şəhəri olan Tayyibdə, Abdülhəmid Xan dövründə tikilən Ömər Bin Xəttab məscidinin müəzzini Səid Azim tapıb. İki ay bundan əvvəl məsciddə başladılan təmir işləri zamanı orda olan kitabları axtaran zaman sözügedən tarixi Qurani-Kərimin varlığını kəşf edib.

Firuzə Alimova / A24.az