Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fələstinli İsrailin milyon dollarlıq təklifini rədd etdi – VİDEO

05.03.2020 10:46

Bir fələstinli İsrailin 24 milyon dollar təklifinə baxmayaraq, Məscidi-Əqsaya gedən tunellərin üzərində yerləşən mağazasını satmır.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, fələstinli Talha Uğurluel haqqında Qüdsə səfər edən türk müxbir reportaj hazırlayıb və fikirlərini bu şəkildə təqdim edib:

“Bu mağazanın altından Məscidi-Əqsaya tunellər gedir, ancaq mağaza sahibi İsrailli məmurların 24 milyon dollarlıq təklifini rədd edir. Bizim ölkəmizdə “fələstinlilər İsrailə torpaqlarını satdı” deyən şəxslər var. Fələstinlilər torpaqlarını satmadı. İsrailin əldə etdiyi torpaqlar 1948 və 1960-cı illərdə yaşanan müharibələr zamanı diktator ərəb liderlərin fələstinlilərə dönüb baxmaması ilə ələ keçirilmiş torpaqlardır.

Bu mağazanın da özəlliyi burdakı 3 dövrü yaşamış olmasıdır. Bu səbəbdən israillilər hər gün təkliflərinə israrla davam edirlər”.

Firuzə Alimova / A24.az