Fellaini 10 milyon avroya “Beşiktaş”a keçə bilər
05.03.2020 10:46“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaini karyerasını Türkiyədə davam etdirə bilər.
Об этом сообщает Руспрес
A24.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı futbolçu “Beşiktaş”ın maraq dairəsinə düşüb. “Qara qartal”ların Fellaini üçün Mançester Yunaytedə 10 milyon avro təklif edildiyi bildirilir.
Mançester klubunun baş məşqçisi Joze Mourinyo onun gedişindən sonra yaranacaq boşluğu Donetsk “Şaxtyor”unun üzvü Fredlə doldurmaq niyyətindədi.
Qeyd edək ki, Maruan Fellaini “Mançester Yunayted”ə 2013-cü ildə “Everton”dan keçib.

