Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Fərat qalxanı” əməliyyatının başa çatdığı elan edildi

05.03.2020 10:46

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı başa çatıb.

Об этом сообщает Роспрес

Saytımızın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurası iclasının yekun bəyanatında bildirilib.

“Milli təhlükəsizliyin təmin edilməsi, İŞİD təhlükəsinin qarşısının alınması və suriyalı qaçqınların vətənlərinə geri qaytarılması məqsədi ilə həyata keçirilən “Fərat qalxanı” əməliyyatı uğurla başa çatıb”, bəyanatda deyilir.

Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə 2016-cı il, avqustun 24-dən etibarən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlamışdı.