Fəthullah Gülən məktub yazıb Trampı hədələdi: “Məni təslim etsəniz, danışaram”
05.03.2020 10:46FETO terror təşkilatının başçısı Fəthullah Gülənin prezidentlik kürsüsünə oturmazdan əvvəl Trampa məktub yazdığı deyilir.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Donald Trampla görüşmək istəyən, lakin tələbi qəbul edilməyən Gülən bu məktubu qələmə alaraq ABŞ-a necə xidmət etməsindən uzun-uzudı danışıb. Xüsusilə də dünyada açdığı məktəblərdə yürütdüyü fəaliyyətlərini Amerika kəşfiyyatının məlumatı daxilində olduğunu və bu məktəblərdən ABŞ-a ciddi məlumatlar ötürüldüyü, məlumat qarşılığında irəli sürülən bütün tələblərin dərhal təmin edildiyini izah edib.
Daha sonra Türkiyədə aparılan mübarizənin bir ədalət və demokratiya mübarizəsi olduğunu, dövlət çevrilişi ilə bağlı qətiyyən heç bir əlaqəsinin olmadığını deyərək ABŞ-da xidmət göstərdikləri qurumlar arasında bir ayrı-seçkilik etmədiklərini də (FBI və CİA) xüsusi bildirib .
Hətta Gülən məktubun bu qismində Trampa mətnaltı bir məna ilə yumruq da göstərib. Bu təhdid “Türkiyə və bütün dünyada ABŞ ilə birlikdə işlədik. Heç bir tərəfdə deyiləm. Amma haqqımdakı iddialar məni danışdırmaq üçün ələ keçirmək istəyənlər tərəfindən ortaya atılır” cümlələrində gizlədilir.
Yəni, “Məni təslim etsəniz, sizinlə olan əlaqələrimizdən danışaram” mesajını verib.
“Təslim etməsəniz sizə işləyərəm” mesajı…
Terrorçuların başçısı məktubunun sonunda ona sahib çıxılmasını istəyir və “Əgər bizə sahib çıxılarsa, sizinlə daha aktiv bir şəkildə çalışarıq. Dünyanın dörd bir yanında xüsusi öyrədilmiş tərəfdarlarımız da bu mövzuda xidmət göstərməyə hazırdır” deyir.

