FETÖ araşdırmalarında Azərbaycanla əlaqələr ortaya çıxdı- VİDEO
05.03.2020 10:46Türkiyədə dövlət çevrilişinə cəhd ilə bağlı iddianamələr araşdırılmaq üzrədir. Belə ki, FETÖ-çülərin 15 iyun 2016 tarixindən əvvəlki planları artıq üzə çıxmaq üzrədir. Bildirilir ki, dövlət çevrilişinə cəhd üçün İncirlik hərbi bazası mərkəz olaraq istifadə edilib və ABŞ ilə xüsusi əlaqələr qurulub. Araşdırmalar zamanı hətta qandonduran məqamlar da ortaya çıxıb.
Об этом сообщает Роспрес
“A24.Az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, hətta terrorçuların başçısı Fəthullah Gülənin Türkiyəyə geri dönüşünün də planlarda yer aldığı bildirilib.
Bundan başqa, Gülənin geri qayıdarkən məskunlaşması üçün çevrilişdən əvvəl İncirlik hərbi bazasında bir binanın inşa edildiyi də aşkarlanıb. Terrorçular çevrilişin uğurlu olacağından o qədər əmin olublar ki, binanın tikintisinə də başlayıblar.
İddiada yer alan başqa bir məlumatda isə çevriliş edəcək əsgərlərin başında duracaq Akın Öztürk çevrilişdən əvvəl İngiltərə, İtaliya, Şimali Koreya, İrlandiya, Belçika və Azərbaycandakı əlaqələri ilə görüşlər keçirib.
“A24.Az” Türkiyə mediasında yer alan videoxəbəri təqdim edir:

