FETÖ-çü olduğu üçün serialdan kənarlaşdırıldı
05.03.2020 10:46FETÖ-çü olmaqda günahlandırılan “Vətənim Sənsin” serialının ssenaristi Necati Şahin layihədən kənarlaşdırılıb.
A24.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ssenaristin adı serialın son bölümündən çıxarılıb. Ekran işini ərsəyə gətirən “O3” şirkəti mövzu ilə bağlı açıqlama verməkdən imtina edib.
Xatırladaq ki, “Selam” adlı filmində camaat məktəblərini təbliğ etdiyi üçün Necati Şahinin FETÖ-çü olduğu iddia edilmişdi.
Об этом сообщает Футляр от виолончели

