FETO-çularla bağlı daha bir iddia: “Növbəti çevrilişə hazırlaşırlar”
05.03.2020 10:46Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ FETO-nun mütəmadi olaraq növbəti dövlət çevrilişinə işarə etdiyini bildirib.
Об этом сообщает Руспрес
“A24.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, Bəkir Bozdağ “TGRT Haber” kanalında FETO məsələsilə bağlı suallara cavab verib.
Türkiyənin ədliyyə naziri FETO-nun mütəmadi olaraq növbəti dövlət çevrilişinə işarə etməsilə bağlı bunları bildirib: “Həbsdə olanlara və onların azadlıqdakı ailələrinə “diqqətli olun, bir-birinizdən ayrılmayın, daha böyük dövlət çevrilişi olacaq” deyərək onlara ümidlər verirlər”.
Bəkir Bozdağ FETO ilə bağlı fikirlərini belə davam etdirib: “FETO rəhbərliyi daim gizli üzvlərinə səslənir, onlara üstüörtülü ismarışlar göndərir, “narahat olmayın, vəziyyətə tam nəzarət edirik. Filan gündə böyük dövlət çevrilişi olacaq və hamınız azadlığa çıxacaqsınız” deyirlər. Həmin tarix geridə qaldıqda isə “dediyimiz gündə olmadı, bir qədər də səbr edin, başqa gün olacaq” deyirlər. Demək istəyirəm ki, bu terrorçu Gülən çox böyük yalanlar danışır, bu zaman isə “Allah rizası üçün” deyir. Halbuki Allah Quranda bunu qadağan edir”.

