Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

FETÖ-nün Azərbaycandan məsul olan üzvü ələ keçdi

05.03.2020 10:46

Malatya Baş Prokurorluğu tərəfindən fərari olaraq axtarılan və FETÖ/PYD-nin sözdə Azərbaycandan məsul olduğu deyilən şübhəli çıxarıldığı məhkəmədə həbs olunub. Lakin FETÖ/PYD istintaqı zamanı təşkilatın 5 üzvü isə məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız bildirir ki, Malatya valiliyindən verilən açıqlamaya görə, fərari kimi axtarılan və FETÖ/PYD-nin Azərbaycandan məsul olan M.M. adlı üzvü yaxalanaraq Malatyaya gətirilib. Şübhəli sorğu-sual olunduqdan sonra çıxarıldığı ilk məhkəmədəcə həbs edilərək Malatya E Tipli cəza evinə göndərilib.

Bundan başqa açıqlamada, FETÖ/PYD ilə əlaqəli olduğu və təşkilatın şifrəli rabitə proqramı olan “ByLock”dan istifadə etdiyi üçün nəzarət altına alınan tibb fakultəsinin bir tələbəsinin də məhkəmə qərarı ilə sərbəst buraxıldığı bildirilib.

Yenə FETÖ/PYD ilə əlaqələrinin olduğu bildirilən 2-si “ByLock” istifadəçisi olan 5 şübhəlinin isə tutduğu əmələ görə peşman olduqları üçün sərbəst buraxıldığı açıqlanıb. Həmçinin Malatya Təhlükəsizlik Müdirliyi tərəfindən nəzarət altına alınan şübhəlilərdən birinə böyrək nəql olunduğu üçün məhkəmənin qərarı ilə nəzarət altında saxlanmaq şərti ilə evə buraxılıb.

Firuzə Alimova