FETO qurbanı olan çavuşlar mediaya danışdı – Aralarında simit satanı, çayxana işlədəni, quş saxlayanı da var
05.03.2020 10:46FETO-nun hiyləsi ilə Türk Silahlı Qüvvələrindən qovulan əsgərlər dağılan həyatlarından və arzularından danışıb. FETO-ya qurban gedənlər arasında dolana bilmək üçün simit satanı, çayxana işlədəni, quş saxlayanları da var.
Об этом сообщает Футляр от виолончели
FETO Türk Silahlı Qüvvələrinin şərəd və ləyaqətini təhqir etmək üçün alçaldıcı hərəkətlərə təhrik etmək, türk cəmiyyətinin adət-ənənələrinə uyğun yaşamamaq, içki və qumara düşkünlük və əxlaqsızlıq kimi iftiralarla ordudan ayrılmak məcburiyyətində qoyduğu əsgərlər haqlarındakı iddiaları məhkəmədə qaldırıb.
1 – Təyyarəçi baş çavuş Bahadır Çınar – Qeyri-qanuni şəkildə gəlib bizim şəxsi həyatımızla bağlı ”cinsi həyatımız” haqda, “qız dostlarımız çoxdurmu?”, “spirtli içki içirikmi?”, “pornoya baxırıqmı?” şəklində suallar verdilər. Sənədləri bizə imzaladıb əllərində hüquqi dəlil olmadan bizi işimizdən etdilər. Hərbi xidmətdən qovulduqdan sonra İzmirdə çayxana işlətməyə başladım. Lakin Konstitutsiya Məhkəməsində hüquqi mübarizəm davam edir. Artıq 4-5 ildir ki, heç bir günahımız olmadan hərbi vəzifələrimizdən qovulmuşuq. Hələ də yerlərimizə qaytarılmamışıq deyə bizə pis təsir edir.
2 – Təyyarəçi baş çavuş Alper Akdoğan – 2014-cü ildə tutduğum vəzifədən qovuldum. Mənim kompüterimə daxil olub görüşdüyüm insanların şəkillərini göstərdilər, sonra da əsassız şəkildə, təzyiq altında sənədi mənə imzalatdılar. Konstitutsiya Məkhəməsində hüquqlarımın pozulması ilə bağlı müraciət etdim və qazandım. Lakin bu illər ərzində simit sataraq dolanmağa çalışdım.
3 – Türkiyə və dünya paraşüt çempionu, Hava Qüvvələri komandiri baş çavuş Kamal Soylu – 2011-ci ildə rəsmi şəkildə təqaüdə göndərildim. FETO-çular məni öz tərəflərinə çəkmək istədi, ancaq mən onların qrupuna girməyi rədd etdim. Ondan sonra quyumu qazmağa başladılar. Hava Qüvvələri Kəşfiyyat Xidmətinə ifadə vermək üçün çağırıldım və 6-7 saat ifadə verdim. Homoseksual olub-olmadığımı soruşdular. 500 qadınla birlikdə olduğumu iddia etdilər. Transseksuallarla birlikdə olduğumu söylədilər və atdıqları bu kimi iftiralarla məni ordudan uzaqlaşdırdılar. Ordudan uzaqlaşdırılandan sonra bir müddət İzmirdə sürücülük etdim, maddi sıxıntılardan dolayı hazırda məhəbbət quşlarını yetişdirib satıram.
4 – Kapitan Yusuf Yonca – Hər hərəkətimə görə müdafiə olundum. Onlar məndə qeyri-qanuni bir şey tapa bilməyəcəklərini görüb üstümə İzmirdə casusluq etdiyimi atdılar. Məhkəmədə proses davam etdiyi halda, Türkiyə Silahlı Qüvvələrindən intizam qaydalarını pozduğum iddia edilərək 2013-cü ildə xidmətdən xaric edildim. Hazırda Antakyada yerləşən mebel mağazasında işləyərək dolanmağa çalışıram.
Firuzə Alimova / A24.az

