Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fettel Ferrari-nin Monakodakı qələbə həsrətinə son qoydu!

05.03.2020 10:46

A24.az xəbər verir ki, Monakoda baş tutan mövsümün 6-cı yarışına Ferrari sürücüləri ilk cərgədən başlayıblar. Yarışın ilk hissəsinə Rəykkönen başçılıq etsə də, pit-stoplardan sonra Fettel onu üstələyib. Yekunda damalı bayrağı birinci görən Fettel bu mövsüm üçüncü qələbəsini əldə edib. Rəykkönen ikinci olaraq komandasının dubluna kömək edib. Üçüncü yeri isə Rikkardo tutub.

Об этом сообщает Руспрес

Həmiltonun yalnız altıncı ola bildiyi yarışı Bottas dördüncü yerdə başa vurub və Mercedes AMG həftəsonunu podiumsuz başa vurub.

Bu nəticələrdən sonra Fettel çempionatda liderliyi möhkəmlədib – Həmiltonla xal fərqi artıq 25-dir. Ferrari isə Mühəndislər Kubokunda Mercedes AMG-ni qabaqlayıb.

Növbəti yarış iki həftə sonra Kanadada baş tutacaq.