Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fettel üçüncü sərbəst yürüşlərdə Həmiltonu üstələyib

05.03.2020 10:46

A24.az xəbər verir ki, sürücülər sessiyanın çox hissəsini UltraSoft təkərlərlə keçiriblər. Bunu başa düşmək çətin deyil, çünki sıralanma turunda məhz bu tərkibdən istifadə olunacaq. Sessiyanın əvvəlində Karlos Sayns pit-leyndən çıxdıqdan 200 metr sonra güc qurğusundakı problemə görə dayanmalı olub. Marşallar maşını təhlükəsizlik zonasına itələyiblər. Evakuasiya işi operativ şəkildə görülüb və STR12 boksa çatdırılıb. Sayns yarım saat sonra trasa qayıda bilib.

Об этом сообщает Руспрес

Maks Ferstappenin maşınının altlığı porebriklərə toxunub və holland sürücü boksa qayıtmalı olub. Lakin tezliklə məşqlərini davam etdirib. Lyuis Həmilton isə sessiyanı başa vura bilməyib – dünən ötürmələr qutusu dəyişdirilən britaniyalı sürücünün maşınının əyləcləri üçüncü döngədə sıradan çıxıb. Lyuis olduqca yavaş sürətlə maşını mexaniklərə çatdırıb.

Protokollara trasın yeni rekordunu müəyyən edən Sebastyan Fettel başçılıq edib – 1:05.092. Ondan 0.269 saniyə geri qalan Həmilton isə ikinci olub.