Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fətullah Gülənə zərbə: Təhsil Nazirliyi daha bir FETO məktəbini bağladı

05.03.2020 10:46

Gürcüstanda ötən ilin sentyabr ayında açılan Türk məktəbi Şahin Dostluq liseyi və ibtidai sinif məktəbi bağlanılıb.

Об этом сообщает Руспрес

Saytımız “ölkə.az”a istinadən xəbər verir ki, məktəb Gürcüstan təhsil sisteminə uyğun olmadığı və çoxlu nöqsanlar aşkar olunduğu üçün bağlanılıb. Məktəbdə şagirdlərin təhsilə davamiyyətində də problemlər aşkarlanıb. Fətullah Gülənin maddi bazası ilə tikilən və FETÖ terror təşkilatı ilə əlaqəli olan məktəbin fəaliyyətinə dünən  son qoyulub. Qərar Gürcüstan Təhsil Nazirliyi tərəfindən qəbul olunub.

Bu barədə nazirlik qərar qəbul edib və bu gündən məktəbin fəaliyyəti dayandırılıb. Lakin məktəbin bağlanması ilə bağlı rəsmi qərar 10 gün sonra yayılacaq. Fəaliyyəti dayandırılan məktəbdə təhsil alan şagirdlər digər təhsil müəssisələrinə yerləşdiriləcəklər.

Qeyd edək ki, Gürcüstanda FETÖ ilə əlaqəli 7 məktəb vardı. Lakin sonradan Tiflisdəki FETÖ məktəblərindən biri fəaliyyətini dayandırdı. İndi bu məktəbin bağlanması ilə, Gürcüstanda FETÖ ilə əlaqəli məktəblərin sayı 5-ə düşdü.