Fəzailin Ağamalının oğlu danışdı – AÇIQLAMA
05.03.2020 10:47“Məlumatda qeyd olunub ki, piyadanı vuran adamın 36 yaşı var. Mənim qardaşımın 36 yox 44 yaşı var”.
Об этом сообщает Роспрес
Bu məlumatları A24.Az-a açıqlamasında Fəzail Ağamalının kiçik oğlu Elçin Ağamalı verdi:
“Onun sürdüyü avtomobilin markası “Jeep” yox, “Hyundai”dır. Bu məlumatlar həmin adamın Fəzail Ağamalının oğlu olmadığını göstərir. Mənim qardaşımın övladı Türkiyə universitetlərindən birinə qəbul olub. Qardaşım onun məişət problemlərini, universitetə yerləşdirmə məsələsinin həll olunması ilə bağlı 10 gündən artıqdır ki, Türkiyədədir. Bu məsələnin aydınlaşdırılıb, həqiqətin üzə çıxarılmasına çalışacağıq. Hadisənin bizim ailə, mənim qardaşımla heç bir əlaqəsi yoxdur”.
Elçin Ağamalı bundan başqa əlavə etdi ki, məlumatın hardan qaynaqlandığını bilmir. “Bu xəbər Nəsimi rayon polis şöbəsindən verilibsə, həmin şöbənin əməkdaşı ciddi cəzalandırılacaq. Bununla bağlı aidiyyatı orqanlara və məhkəməyə müraciət olunacaq”.
Xatırladaq ki, bu gün mediada deputat Fəzail Ağamalının 36 yaşlı oğlu Ağamalı Yalçın Fəzail oğlunın Tibb Universitetinin qabağında idarə etdiyi “Jeep” markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurması haqda xəbər yayılıb.
Nərim Kərim
Firuzə Alimova

