FİFA Almaniyanı nasist şüarlarına görə cərimələdi
05.03.2020 10:47Beynəlxalq Futbol Federasiyası (FİFA) Almaniya Futbol İttifaqını DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Çexiya – Almaniya matçında baş verənlərə görə cərimələyib.
Об этом сообщает Футляр от виолончели
A24.Az Oxu.Az-a istinadən xəbər verir ki, almanların 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşma zamanı qonaq komandanın azarkeşləri nasist şüarlar səsləndiriblər və oyundan əvvəl bir dəqiqəlik sükutu pozublar.
Cərimənin məbləği 32 min İsveçrə frankı təşkil edib.
Təhlükəsizliyi təmin edə bilməyən Çexiya Futbol Federasiyası barədə də araşdırma aparılır.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Almaniya və Çexiya millimizlə eyni qrupda mübarizə aparır. Millimiz növbəti oyununu oktyabrın 4-də Bakıda Çexiya yığmasına qarşı keçirəcək.

