FIFA-nın prezidenti sorğuya çəkiləcək
05.03.2020 10:47FIFA-nın Etika komitəsi təşkilatın prezidenti Canni İnfantinoya qarşı araşdırmaya başlayıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, C.İnfantinonun zimbabveli futbol funksioneri, milyonçu Filip Çiyanqva ilə əlaqələri bu araşdırmanın başlanmasına səbəb olub.
Belə ki, Afrika Futbol Konfederasiyası prezidenti postuna seçkilər keçirilərkən F.Çiyanqva açıq şəkildə quruma 1988-ci ilən rəhbərlik edən İssa Xayatuya qarşı çıxış edib. Seçkilərdə Madaqaskar Futbol Federasiyasının başçısı Əhməd Əhməd qalib gəlib. “Spiegel”-ə görə, bundan əvvəl İnfantino Filip Çiyanqvanın təşkil etdiyi tədbirlərə qatılıb, milyonçunun seçkilərə müdaxilə etməsinə imkan yaradıb.
Xatırladaq ki, isveçrəli Canni İnfantino 2016-ci ilin fevral ayından FİFA-ya rəhbərlik edir.

