Fikrət Qoca qətlə yetirilən oğluna şeir yazdı: “Oğluma sonuncu layla”
05.03.2020 10:47Xalq şairi Fikrət Qoca bir neçə gün öncə qətlə yetirilən oğluna şeir həsr edib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, şair mərhum oğlu Yalçın Qocayevə yazdığı şeirin adı “Oğluma sonuncu layla”dır.
Həmin şeiri təqdim edirik.
Mən səni qorudum uşaqlığından,
Mən səni qorudum cavanlığından,
Qorudum səni mən baba olunca
Demirəm izlədim, gəzdim dalınca…
Bu sözü atalar deyib əzəldən:
” Ac qarın özünü verər qılınca”.
Bəlkə yaxşı ata ola bilmədim
Səni öz əlindən ala bilmədim.
Sən öldün, amma mən ölə bilmədim.
İndi yaşayıram qalan vaxtımı.
Yaşamaq…Yəni bu yaşamaqdımı?…

