Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Film kimi hadisə: Boşandığı arvadını məhkəmə işinə baxan hakimlə tutdu…

05.03.2020 10:47

Türkiyənin Kayseri şəhərində hakim məhkəmədə ərindən boşadığı qadına aşiq olub.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, A.Ç adlı qadın əri E.Ç ilə boşanmaq üçün məhkəməyə müraciət edib.

Kayseri ailə məhkəməsində işə baxılıb və hakim boşanma məsələsini bir qədər ertələyib.

Ər E.Ç 6 ay müddətinə evdən uzaqlaşdırılıb. Məhkəməyə hakimlik edən V.Ö telefon nömrəsini aldığı A.Ç-yə məsələ ilə bağlı tez-tez mesaj yazmağa başlayıb. Onlar arasında münasibətlər bir qədər də güclənib və bir-birilərinə “WhatsApp”da şəkil göndəriblər.

Bir müddət sonra cütlük görüşməyə başlayıb. Ər E.Ç parklardan birinin yanından keçərkən boşanmaqda olduğu arvadı A.Ç-ni elə öz işlərinə baxan V.Ö ilə qucaqlaşan görüb. Arada böyük mübahisə baş verib. E.Ç əlbətaxa dalaşdığı məhkəmə hakimini bıçaqla yaralayıb.

Hakim xəstəxanaya çatdırılıb və məsələni gizlətməyə çalışıb. Lakin işə polis qarışdığı üçün, gerçəklər ortaya çıxıb. E.Ç isə adam öldürməyə təşəbbüs etmə və yaralama maddəsi ilə həb edilib.