Filmlərdən öyrəndiyimiz 5 sevgi dərsi
05.03.2020 10:47Hamımız filmlərdə göstərilən xoşbəxt münasibətləri arzulayırıq. Ancaq bu idealistik gözləntilər ancaq məyusluğa səbəb olur. Bəs filmlərdən olan hansı sevgi dərslərinə inanmaq lazım deyil?
Об этом сообщает Футляр от виолончели
1. “Zoluşka sindromu”
Bu mifi kino sənayesində ən çox yayan, əlbəttə ki, “Gözəlçə” filmi olub. Bu filmdə Culiya Robertsin ifasında fahişə qıza zəngin biznesmen aşiq olur. Sonda isə Culiyanın qəhrəmanı bu biznesmenə ərə gedir. Çoxumuz bu şahzadəni nə vaxtsa görəcəyimizi və onun bizi özü ilə qəsrinə aparacığını xəyal edirik. Reallıqda isə zəngin kişilər adətən praqmatik olaraq, özləri kimi zəngin və müstəqil qadınlarla və ya zəngin adamların qızları ilə evlənirlər.
2. “Sevgi pis oğlanları dəyişir”
Filmlərdə əsl arvadbaz və ya dələduzlar aşiq olduqdan sonra ailəcanlı və sadiq olduqlarını göstərirlər. Bu cəlbedici mifin arxasınca gedərək, bəzi qadınlar pis oğlanlara aşiq olurlar, daha sonra isə illərlə onların dəyişməyini gözləyirlər. Əslində isə sevgi insanın şəxsiyyətini dəyişə bilən sehrli eliksir deyil. Əgər kişinin xarakteri sərtdirsə, heç bir sevgi onu dəyişə bilməz.
3. “Toy münasibətlərin xoşbəxt sonluğudur”
Demək olar ki, bütün Hollivud filmləri bizə münasibətlərin əsas hədəfi və mənasının toy olduğunu öyrədir. Çünki toyla aşiq kino qəhrəmanlarının bütün problemləri və narahatlıqları sona çatır. Uyğun olaraq da toyun ardınca onlar “uzun və xoşbəxt” həyat yaşayırlar. Əslində isə nikah münasibətlərdə baş verən ən vacib və çətin sınaqdır.
4. “Sevdiyinlə koma da cənnətdir”
Filmlərdə bizə uğurlu biznesvumenin sürücünün simasında xoşbəxtlik tapdığı, bəzilərinin isə məmnuniyyətlə kasıb sevgilisinə görə dəbdəbəli həyatdan imtina etdiyi göstərilir. Bu filmlər bizə sevdiyiniz kişi olduğu zaman maddi faktorun əhəmiyyətsiz olduğunu öyrədir. Aşiqlik vaxtı bu belə olur. Ancaq ailədə kişinin az qazanması mübahisələrin artmasına səbəb ola bilər.
5. “İlk baxışdan sevgi yoxdur”
Kinoda aşiqlər əksər hallarda romantik şəraitdə görüşürlər. Onlar eyni zamanda rəfdən eyni kitabı götürürlər, şərfləri ilə bir-birinə ilişilər və s. Aşiq cütlüklərin görüşləri isə uzun “xüsusi” baxışlarla müşayiət olunur. Bu süjetlərdən təsirlənmiş qadınlar əmindirlər ki, onların ikinci yarısı məhz belə şəraitdə qarşılarına çıxmalıdır. Bu, baş verməyəndə isə məyus olmağa tələsirlər və insanı öyrənməyə belə cəhd etmirlər. Unutmayın: sevgi heç də dərhal yaranmayan çox mürəkkəb hissdir.//buro247.az//

