Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Firuzə İbadova iddiası ilə qalmaqallı deputatı “lider”liyə yüksəltdi – ANALİZ

05.03.2020 10:47

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.

Об этом сообщает Руспрес

Saytımız Media Təqib Mərkəzinə istinadən deputatlarla bağlı may ayı üzrə məlumatları təqdim edir:

2017-ci ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 13059 xəbər yerləşdirilib. Bunlardan 115 xəbər mənfi, 2 xəbər müsbət, 12942 xəbər isə neytraldır.

Mənfi xəbərlər arasında liderlər: Astan Şahverdiyev (54 xəbər – Əməkdar artist deputatı təhqir etdi), Araz Əlizadə (16 xəbər – deputat Rəsulzadəni aşağıladı, sərt cavab aldı), Nəriman Əliyev (13 xəbər – deputatdan şikayət, kasıbın əmlakını əlindən alması iddiası).

Müsbət xəbərlər Adil Əliyevə (deputat beynəlxalq səviyyəli yarışlarda göstərdiyi fəallığına görə mükafatlandırılıb) məxsusdur.

Xəbər sayına görə sıralama:

1 Oqtay Əsədov 1221 xəbər
2 Siyavuş Novruzov 651 xəbər
3 Rövnəq Abdullayev 566 xəbər
4 Vahid Əhmədov 490 xəbər
5 Əflatun Amaşov 482 xəbər
6 Fazil Mustafa 473 xəbər
7 Qənirə Paşayeva 437 xəbər
8 Vasif Talıbov 398 xəbər
9 Ziyafət Əsgərov 394 xəbər
10 Hadı Rəcəbli 373 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 3029 xəbər dərc edilib. Bu xəbərlərdən 3027-si neytral, 2-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Araz Əlizadəyə (deputat prezidentə qarşı?) məxsusdur. May ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Oqtay Əsədov 161 xəbər
2 Siyavuş Novruzov 144 xəbər
3 Əflatun Amaşov 117 xəbər
4 Vasif Talıbov 98 xəbər
5 Fazil Mustafa 94 xəbər
6 Rövnəq Abdullayev 91 xəbər
7 Ziyafət Əsgərov 90 xəbər
8 Hadı Rəcəbli 85 xəbər
9 Zahid Oruc 75 xəbər
10 Hikmət Məmmədov 74 xəbər

May ayında televiziya kanallarında deputatlar haqqında 2202 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Ziyafət Əsgərov 198 xəbər
2 Oqtay Əsədov 194 xəbər
3 Hadı Rəcəbli 156 xəbər
4 Bahar Muradova 119 xəbər
5 Siyavuş Novruzov 108 xəbər
6 Əflatun Amaşov 104 xəbər
7 Rövnəq Abdullayev 93 xəbər
8 İsa Həbibbəyli 83 xəbər
9 Aydın Mirzəzadə 63 xəbər
10 Səməd Seyidov 56 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88