Fiziki məhdudiyyətlilər yollardan daha rahat istifadə edə biləcək
05.03.2020 10:47Fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün şəhər yollarında panduslar quraşdırılır.
Об этом сообщает Роспрес
A24.az Trend-ə istinadən xəbər verir ki, pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıracaq və təhlükəsizliyini artıracaq məhəccərlər quraşdırılır. Pandusların mailliyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişəcək və sürüşməyə davamlı səthdən ibarət olacaq.

