Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fizuli məktəbi niyə çadırda qalıb? – VİDEO

05.03.2020 10:47

Füzuli rayonu Qayıdış qəsəbəsində yerləşən 8 №li tam orta məktəb acınacaqlı vəziyyətdədir.
A24.az xəbər verir ki, bu barədə sankinlərin özü mediaya video – müraciət göndərib.

Об этом сообщает Футляр от виолончели

Onların iddialarına görə 2003-cü ildə inşa olunan məktəb, yanlış tikinti strukturuna və baş verən zəlzələlərə görə qəzalı vəziyyətdədir. Sinif otaqların bəziləri artıq istifadəyə yararsız olduğu üçün məktəbdə dərslər həyətdə qurulan çadırda keçirilir.

Sakinlərin sözlərinə görə, Ermənistanla təmas xəttində yerləşən ərazi olduğu üçün atışma zamanı məktəb binası daha çox silkələnir ki, bu da hər an onun uçması ilə nəticələnə bilər.

Məktəbdə hazırda təhsil olan 300-ə yaxın şagird dərslərin həyətdə qurulan çadırda keçirlər.

Sakinlərin sözlərinə görə, Fizuli rayonunun icra başçısı Alı Aliyevə mövcud vəziyyətlə bağlı dəfələrlə məlumat verilsə də, başçı bir dəfə də olsun məktəbədəki vəziyyətlə yerindəcə tanış olmayıb. Mövcud vəziyyət isə olduğu kimi qalmaqdadır.

Məktəb binasının vəziyyəti ilə bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciət edilsə də, heç kim bu işdə sakinlərə kömək etməyib.

Mövcud problemlə əlaqədər A24.az saytı məktəb rəhbərliyi ilə əlaqə saxladı. Məktəbin drektoru Gülnaz müəllimə məktəbin həqiqətən də qəzalı vəziyyətdə olduğunu söylədi.

“Müvəqqəti çadırlar artıq ləğv olunub və icra hakimiyyəti uşaqların dərs keçməsi üçün vaqon ayırıb və hal-hazırda ora köçmə prosesi gedir. İcra hakimiyyətindən də dəfələrələ əməkdaşlar gələrək mövud problemlə əlaqədar aidiyyatı qurumlara xəbər verib. Təhsil Nazirliyindən verilən məlumata görə gələn ilin yanvar ayından məktəbdə əsaslı təmir işləri başlanacaq”.

Gülnaz xanım 2011-ci ildə məkdə kiçik təmir işlərinin görüldüyünü və əsaslı şəkildə olmadığı üçün məktəbin tab gətirməyini də əlavə etdi.

Pərvin Abgül//A24.az