Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Formula 1 pilotları yolu səhv saldılar, trasdan çıxdılar

05.03.2020 10:47

Bakıda keçirilən Formula 1 yarışlarının birinci sərbəst yürüşü zamanı 4 pilot – Kevin Maqnussen (“Haas”), Kimi Raykkonen (“Ferrari”), Colyon Palmer (“Renault”) və Serxio Peres (“Force India”) hərəkət istiqamətini səhv salıb.

Об этом сообщает Руспрес

Trend-in məlumatına görə, pilotlar öz səhvlərini düzəldərək qısa müddətdə trasa qayıdıb.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.