Formula1-in gələn mövsümünün ilkin təqvimi açıqlanıb
05.03.2020 10:47FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası növbəti mövsüm üçün ilkin təqvimi təsdiqləyib. Çempionatın yeni sahibləri bu addımı xeyli tez atıblar – promouterlər reklam kompaniyalarına vaxtından əvvəl başlaya bilərlər.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, açıqlanan təqvimdə bu illə müqayisədə, olduqca maraqlı dəyişikliklər var. Bu il olduğu kimi, 2018-ci ildə də mövsümün ilk yarışı mart ayının sonuncu bazar günü keçiriləcək. Dördüncü yarış isə Soçidə yox, Bakıda baş tutacaq.
Təqvimə qayıdan Fransada yarış Kanada Qran Prisindən sonra baş tutacaq. Rusiya Qran Prisi isə əvvəl olduğu kimi, payızda keçiriləcək. Yazda keçirilməməsinin səbəbi ölkədə təşkil olunacaq futbol üzrə Dünya Çempionatına hazırlıqdır. Təqvimdə 21 mərhələ var – Malayziya bu il sonuncu dəfə yarışı qəbul edir, Fransa və Almaniya isə təqvimə qayıdır.
| Tarix | Qran Pri | Şəhər, tras |
| 23-25 mart | Avstraliya | Melburn, Albert Park |
| 6-8 aprel | Çin (*) | Şanxay |
| 13-15 aprel | Bəhreyn | Saxir |
| 27-29 aprel | Azərbaycan | Bakı, Bakı Şəhər Halqası |
| 11-13 may | İspaniya | Barselona, Katalunya |
| 24-27 may | Monako | Monte Karlo |
| 8-10 iyun | Kanada | Monreal, Jil Vilnöv adına tras |
| 22-24 iyun | Fransa | La-Kastelle, Pol Rikar |
| 29 iyun-1 iyul | Avstriya | Şpilberq, Red Bull Rinq |
| 6-8 iyul | Böyük Britaniya | Silverstoun |
| 20-22 iyul | Almaniya | Hokkenhaym, Hokkenhaymrinq |
| 27-29 iyul | Macarıstan | Budapeşt, Hunqarorinq |
| 24-26 avqust | Belçika | Spa |
| 31 avqust-2 sentyabr | İtaliya | Montsa |
| 14-16 sentyabr | Sinqapur (*) | Sinqapur, Marina Bey |
| 28-30 sentyabr | Rusiya | Soçi |
| 5-7 oktyabr | Yaponiya | Suzuka |
| 19-21 oktyabr | ABŞ | Ostin |
| 26-28 oktyabr | Meksika | Mexiko, Rodriges qardaşları adına tras |
| 9-11 noyabr | Braziliya | San Paulu, İnterlaqos |
| 23-25 noyabr | Əbu Dabi | Əbu Dabi, Yas Marina |
* – hələ təsdiq olunmayıb

