“Fosfor adam”- Albinoslar haqqında bilmədiklərimiz – ARAŞDIRMA
05.03.2020 10:47Hər gün yanımızdan dəfələrlə keçsə bəlkə də hamısının vizual görüntüsü yaddaşımıza həkk olunmaz…Ancaq gördüyümüz albinosun simasını çətin ki, kimsə asanlıqla unuda bilsin. Bəs, albinoslar kimlərdir?
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, ölkəmzidə konkret statistika olmasa da Avropada və bütün dünyada bu cür insanlar geniş yayılıb. Avropada hər 20 min, dünyada isə hər 17 min insandan biri “ağdərili”dir. Ümumilikdə dünyanın 1 %-i albinosdur. Bəzilərinin bu halı xəstəlik adlandırması sadəcə savadsızlıqdan və avamlıqdan irəli gəlir.
Albinizm nədir?
Albinizm termini latın dilindən “alba” sözündən yaranb və “ağ” mənasını verir. Belə insanlar saçlarının tükündən tutmuş ayaq dırnaqlarına kimi ağappaqdırlar. Bəziləri onları “fosfor adam” da adlandırırlar.
Küçədə ağ rəngli pişik gördükdə özümüzdən asılı olmayaraq mimikalarımız dəyişilir və simamıza gülüş həkk olunur, “Necə şirin pişikdir?!” deyirik. Bəs niyə insanlara eyni nəvaziş və istiliklə yaxınlaşmırıq?! Albino və ya albinizm təəssüflər olsun ki, genetik bir haldır. Dəridə rənglənmə balansını təmin edən melanin piqmentinin azlığı və ya yoxluğu səbəbi ilə yaranır. Bu piqment dəri, saç, saqqal və gözə rəng verir.
Bu cür kəslərdə rəng piqmentasiyası pozulduğu üçün onlar günəş işıqlarından qorunurlar. Günəşdən gələcək olan zərərli şüaların onlar üzərində təsirinin çox olacağından təhlükəli nəticələr qaçınılmazdır. “Astigmatizm” belə şəxslərdə göz xəstəliyi kimi meydana çıxa bilər.
Albinizm iki cür olur: qismən və tamamilə…
Melonin piqmentinin azlığı səbəbi ilə yaranan qismən albinizm bədəndə ağ rəngli ləkələr meydana gətirir. İkinci isə piqmentin tamamilə yoxluğu ilə yaranır. Bu növdə dəri altında heç bir rəng piqmentinə rast gəlinmir.
Bu cür narahatlıqdan əziyyət çəkən albinosların bəziləri bunu “xəstəlik” adlandırıb kompleksə yaxalansa da, sevindirici haldır ki, yerdə qalan qisim digər insanlaradan olan fərqliliklərini sevirlər. Onlara qarşı yönələn qeyri-adi baxışlara artıq öyrəşiblər.
Afrikada albinizm cinayətləri…
Qədim dünyada bu cür insanlar şeytanın köməkçisi hesab olunurdu. Afrikada bu cür insanların batil və qeyri-adi gücə sahib olduğu kimi inanclar hələ də mövcuddur. Məhz buna görə də, onlar albinosları öldürüb onların orqanlarını bahalı qiymətə satırlar. 10 minlərlə albinos belə cinayətlərə qurban olmamaq üçün yeraltında gizlənir. Afrikada bir albinosun bədəni 75 min dollara satılır. Onların vücudlarının satıldığı tək bazar Tanzaniyada yerləşir. Bu cür “yersiz” alış-verişi edən elit təbəqə isə düşünür ki, bu onlara rifah gətirəcək. Son statistikalara görə, hər il Afrikada 100 albinos uşaq öldürülür. Yerli cadugərlər hesab edirlər ki, albinosların bədən üzvləri bəzi cadu və tilsimin gücünü artırır. Onların öldürülməsinə görə muzdlu qatillər çox yaxşı pul alırlar, hətta bu pul adi bir afrika vətəndaşının yarım illik əmək haqqından daha yüksəkdir. Bununla əlaqədar olaraq albinos uşaqların təhlükəsizliyi üzrə birlik yaradılmışdır və burada onlar təhsil alır və qorunur.
İslam dinində də bu xəstəlikdən danışılır…
Peyğəmbərimiz Hz.Muhamməd(s.ə.s) bir duasında;
“Allahım albinosluqdan, divanəlikdən, cüzamdan və pis xəstəliklərdən Sənə sığınıram”( Səhih ən-Nəsəi 3/1116), – deyə Allaha sığınmaqdadır. Xəstəliyin müalicəsi yoxdur. Belə xəstələrin gözləri yaş keçdickə zəifləməyə başlayır.
İlhamə BƏHMƏNOVA

