Fotoqraf olmaq istəyənlərin nəzərinə: Seçimlərə günlər qaldı…
05.03.2020 10:47Milli Fikir Mərkəzi və “Unied Colors of Azerbaijan”ın təşkil etdiyi “Fotoqraf kursuna” seçimlər davam edir.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, mərkəzdən verilən məlumata görə kurs üçün artıq 120-yə yaxın gənc qeydiyyatdan keçib və qeydiyyat mərhələsi aprel ayının 9-a qədər davam edəcək. Kursa seçimlər müsahibə yoluyla aparılır. Qeydiyyatdan və müsahibədən keçmiş 50 gənc iştirak edə biləcək.
Xatırladaq ki, aprel ayının 17-dən etibarən gənclər 1 həftə boyunca fotoqrafiyanın müxtəlif sahələrindən nəzəri və praktiki dərslərdə iştirak edib təcrübə qazanacaqlar.
İştirak etmək istəyən gənclər bu LİNK-ə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

