Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Fransa benzin ve dizel yanacaqlarından imtina edir

05.03.2020 10:47

2024-ci ilə qədər Parisdə dizel yanacağı ilə idarə olunan avtomobillər, 2030-cu ilə isə benzinlə nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.

Об этом сообщает Футляр от виолончели

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Paris şəhəri Bələdiyyə rəhbəri Anne Hidalgo səsləndirib. Paris iqlim sazişinin bir hissəsi olaraq, Fransa 2040-cı ilədək elektrik avtomobillərinin istehsalına tam şəkildə keçəcək.

Fransanın nəqliyyat məsələləri üzrə müavinin köməkçisi Christoph Najdovski xəbər verib.

Onun sözlərinə görə, yol nəqliyyat vasitələri planetdəki atmosferin əsas çirklənməsinə səbəb olan əsas amillərdən biridir. Paris, bəşəriyyətin gələcəyinə qarşı məsuliyyətli münasibət nümunəsi yaratmaq niyyətindədir.

Qeyd edək ki, Paris İqlim Sazişinin bir hissəsi olaraq, Hindistan da 2030-cu ilə qədər elektrikli nəqliyyat vasitələrinə keçmək niyyətindədir.

Orxan Aslanlı // A24.Az