Fransa prezidentliyinə potensial namizəd Emmanuel Makron kimdir? – O, prezident seçilərsə…
05.03.2020 10:48Fransanın prezidenti olmaq uğrunda gedən çətin yarışlarda Emmanuel Makron seçki nəticələrinin 85 faizinin hesablanmasından sonra namizədlər arasında 1-ci yerdədir.
Об этом сообщает Руспрес
“İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və sağ Milli Cəbhə Partiyasının lideri Mari Le Pen ikinci tura keçib.
Makron 23,7 fazi səs toplayaraq Le Pendən (22,7 faiz səs) 1 faiz səslə irəli keçib.
Milli Cəbhə partiyasının lideri Mariya Le Pen öz qatı millətçi və islamifobiya düşüncələri ilə tanınan ultra-sağçı siyasətçilərdən biridir.
Bəs, potensial namizəd Emmanuel Makron kimdir?
Fransa prezidentinin bir addımlığında olan Emmanuel Makronu hazırki prezident Fransua Olland da təbrik edib. Görünür, onun mayın 7-də keçiriləcək ikinci turda da üstünlük qaznmağına ümid edənlər çoxdur.
Emmanuel Makron Fransanın sabiq iqtisadi inkişaf naziridir. Digər 11 namizədlərin içərisində ən gəncidir və iradəsi ilə seçilir. İrəli Hərəkatının təsisçisi olan 39 yaşlı siyasətçinin prezident kimi namizədliyini irəli sürməsi sosialist solun və mühafizəkar sağların ciddi şəkildə reaksiyasına səbəb olub. O, öz potensialı ilə hər iki cinahda artıq vahimə yaradıb.
Makron rezidentliyə namizədliyini açıqlayanda “Məqsədim yalnız sol ilə sağı deyil, Fransız xalqının hamısını birləşdirməkdir” – deyib.
Qədim investisiya bankiri olan Emmanuel Makron, əvvəl Fransua Ollandın iqtisadiyyat üzrə məsləhətçisi, 2014-cü ildə isə iqtisadiyyat naziri olub.
İlk dövrlərdə onun fəaliyyəti o qədər də gözə çarpmayıb. Ticarət obyektlərinin bazar günləri də açıq qalmasını təmin edən və iqtisadiyyatın bəzi sektorlarında yenilik yaradan mübahisəli “Makron Qanunu” ilə ölkənin diqqətini üzərinə çəkib. Onun bu qanuna qarşı etiraz aksiyası keçirilib, amma baş nazir Manuel Valsın dəstəyilə qanun qəbul edilib.
O, Fransa iqtisadiyyatında yeni eranı başlatmaq istəyir. Rəqəmsal sahədə və uzun məsafəli avtobus bazarına xüsusi dəstək verir.
Fransanın şimalında yerləşən Amiens şəhərində dünyaya gələn Emmanuel ölkənin ən prestijli təhsil ocaqlarından biri olan, Parisdə yerləşən “Henri-IV-də təhsil alıb. Daha sonra ölkənin elit təbəələrinin uşaqlarını oxutduğu ENA kollecinə gedib. Fəlsəfə, daha sonra maliyyə sahəsində ixtisasını davam edib.
Özündən 20 yaş böyük xanımla evləndi
Fransa prezidenti Olland 2006-cı ildə onunla tanışıb. İndiyədək millət vəkili olmayan Makron özündən 20 yaş böyük keçmiş fransız müəllimi Brigitte Trogneuksla ailə qurduqdan sonra gündəmə düşdü. 2007-ci ildə həmin xanımla nikah bağlaması Fransada çaşqınlıq yaradıb.
Trogneuks “Paris Match” jurnalına verdiyi müsahibəsində Makron haqqında danışarkən “Hələ 17 yaşında Emmanuel mənə nə edirsən et, bir gün səninlə evlənəcəyəm” – deyirdi.
Makron ona əl tutanlara qarşı
Siyasi karyerasını Ollandın dəstəyi ilə davam etdirən Makron İrəli Hərəkatını təsis etdikdən sonra hökumətdəki rolu da getdikcə qəribə hal alıb. O ilk mitinqini keçirəndə baş nazirdə və prezident Ollanda müəyyən şübhə yaratdı. Olland onu vəzifədən çıxartmaqla təhdid edib. Olland onu xəbərdarlıq edərək “Qaydalara riayət etməsən, səni çıxardacam” deyib.
“Gəncsən çox işlə” prinsipi
İşçilərin Ümumi Konfederasiyası (CGT) həmkarlar ittifaqının keçirdiyi iyun ayındakı etiraz aksiyasında o, həmkarlar ittifaqı üzvünə “Bir dəst paltar almağın ən yaxşı yolu işləməkdir”, – dedikdən sonra yumurta atəşinə tutulub. Avqust ayında isə iqtisadiyyat naziri vəzifəsindən istefa verib.
Makronun tutduğu siyasi mövqe nələri vəd edir?
Makronun təsis etdiyi İrəli Hərəkatının 100 mindən artıq dəstəkçisi var. O, gənclər üçün Fransada hazırda qüvvədə olan 35 saatlıq iş rejimini artırmaq niyyətindədir. “Le Nouvel Observateura” ya verdiyi açıqlamada bu planını, “gənck ikən 35 saat işləməklə heç bir şeyə nail ola bilməzsiz” şəklində açıqlayıb. O, 50 yaşlı insanlar üçün isə iş saatlarını azaltmağı təklif edir.
Onun fikirlərini Fransız solu ciddi qəbul etmir və Makronu ” Toni Bleyerin oxşarı” kimi təqdim edirlər. Makron özünü solçu kimi təsvir edir, ancaq bu solu “həqiqətlərin fərqində olan və bu ölkə üçün islahat istəyən” siyasi quruluş kimi qiymətləndirir.
Emmanuel Makronun Fransa prezidenti olması Azərbaycan üçün nə verəcək?
Politoloq Qabil Hüseynli A24.Az-a açıqlamasında bildirdi ki, Fransa prezidentliyinə namizədlər arasında Makron ən ideal namizəddir. “ Çünki o, digər namizədlərdən fərqli olaraq Avropa Birliyinin möhkəmləndirilməsini istəyir. Eyni zamanda namizədlər arasında ən gəncdir və Rusiya ilə münasibətlərdə prinsipial addım atmağın tərəfdarıdır, siyasəti daha tarazlaşdırılmışdır. O, ki qaldı Qarabağ məsələsində tutulan mövqeyə, fransızlar həmişə ermənipərəst mövqe tutublar. Amma hər bir halda Makron hamı üçün daha uğurlu namizəddir”.
Vüsalə Əlövsətqızı

