Fransada məsciddən çıxan müsəlmanlar atəşə tutuldu
05.03.2020 10:48Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində baş verən silahlı insident nəticəsində 8 nəfər yaralanıb.
Об этом сообщает Руспрес
Saytımızın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “La Provence” qəzeti yazıb.
Məlumata əsasən, iki maskalı şəxs avtomobillə məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıb. İnsident nəticəsində 8 nəfər yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür. Hadisənin mübahisə zəminində baş verdiyi, terrorla əlaqəli olmadığı bildirilir.

