“Fukusima-1” ətrafında radiasiya səviyyəsi yoxlanılacaq
05.03.2020 10:48Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) nümayəndələri Yaponiyada yerləşən “Fukusima-1” Atom Elektrik Stansiyasının ətrafında radiasiya səviyyəsini yoxlayacaqlar.
Об этом сообщает Футляр от виолончели
A24.Az “Ria Novosti”yə istinadən xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, səfər 16-26 oktyabr tarixləri arasında baş tutacaq. Agentliyin ekspertləri qəzalı Atom Elektrik Stansiyası ətrafında olan dəniz suyu və yağıntı nümulərini, həmçinin yerli sularda olan balıqları test nümunəsindən keçirəcəklər.
Qeyd edək ki, bu stansiyada qəza 2011-ci ilin martında 9.0 maqnitudlu zəlzələdən sonra baş verib. Sunami nəticəsində dalğanın hündürlüyü 15 metrdən yuxarı qalxıb. Güman edirlər ki, stansiyada yaranmış qəza nəticələri tam şəkildə, təxminən 40 il müddətinə aradan qaldırıla bilər.
Orxan Aslanlı // A24.Az

