Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Futbolçu oyunu satmaq iddiası ilə həbs oluna bilər

05.03.2020 10:48

İspaniyalı futbolçu Jordi Figueras futbolun qaydalarını pozmaqda günahlandırılır.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, futbolçu hazırda “Karlsruhe”də forma geysə də, qaldırılan iddia “Real Betis”də oynadığı dönəmə aid edilib.

İddialara görə, Figueras və həmin dönəmdəki 2 komanda yoldaşı 4-3 qalib gəldikləri “Vallodolid” matçında adambaşına 400 min avro təşviq bonusu alıb. Eyni üçlü “Real Betis”in “Osasuna”ya qarşı 2-1 yenildiyi oyunda qayda pozuntusu etməkdə də günahlandırılıb.

Bu davada Figuerasdən başqa bir neçə nəfərin də adı çəkilib. Onlar hazırda “Espanyol” komandasının kapitanı Sergio Garcia, “Rayo Vallecano”lu Antonio Amaya, “Betis”li Jorge Molina və “Osasuna”nın keçmiş kapitanı Patxi Punaldır.

Figueras hadisə ilə bağlı danışarkən günahsız olduğunu bildirib. Formasını geyindiyi “Karlsruhe” klubu da “Futbolçumuza inanmaq məcburiyyətindəyik”, -deyə açıqlama verib.