Futbolçular Qüdslə bağlı qərara səcdə ilə etiraz etdi
05.03.2020 10:48Qalatasaray futbolçuları Qüdsün İsrailin paytaxtı olacağını açıqlayan ABŞ-a vurduqları qoldan sonra mesaj veriblər.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, misirli futbolçu Belhanda, Yasin və əlcəzairli oyunçu Feghouli Donald Trampın Qüdsü İsrailin paytaxt elan etməsinə vurduqları qoldan sonra səcdəyə gedərək reaksiya veriblər.
Hər 3 futbolçu vurulan 3-cü qolun sevincini yaşayarkən səcdəyə gedib. Onların bu hərəkəti isə həm tribunalarda, həm də sosial mediada böyük dəstəklə qarşılanıb.
Daha sonra Türkiyənin milli futbolçusu Yasin Öztekin “İnstagram”dan paylaşdığı şəkildə “Bir zülmə mane ola bilmirsinizsə, onu hər kəsə eşitdirin” fikirlərini yazıb və paylaşımında “kudüsesahibçık” və “kudüskırmızıçizgimizdir” haştaqları ilə Fələstin və Türkiyə bayraqlarına da yer verib.
Qeyd edək ki, Çempionlar Liqasının 15-ci həftəsində “Qalatasaray” qarşılaşma zamanı “Teleset Mobilya Akkhisarspor”u 4:2 məğlub edib.
Firuzə Alimova / A24.az

